İnsanlara hürriyət, millətlərə istiqlal!

Tehran məhkəməsi azərbaycanlı qadın fəala ağır cəza verdi - FOTO

Güney Azərbaycanın Muğan bölgəsindən olan və Tehranda yaşayan müəllimə, ictimai fəal və keçmiş siyasi məhbus Zeynəb Həmrəng yenidən həbs cəzasına məhkum edilib.

“Azad İran” “Telegram” kanalı bu barədə İran Təhsil İşçiləri Həmkarlar İttifaqı Təşkilatlarının Koordinasiya Şurasına istinadla məlumat yayıb.

Bildirilir ki, Həmrəng Tehran İnqilab Məhkəməsi tərəfindən beş il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, müəllimlərin həmkarlar təşkilatının fəal üzvlərindən olan Zeynəb Həmrəng bundan əvvəl də təhsil işçilərinin haqlarının qorunması tələbi ilə etiraz aksiyalarına qatıldığı üçün tutulub. O, 2020-ci il sentyabrın 5-də Qərbi Azərbaycan əyalətinin Xoy şəhərinə səfəri zamanı təhlükəsizlik orqanları tərəfindən saxlanılıb və bir il müddətinə azadlıqdan məhrum edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR