Onlayn ictimai-siyasi qəzet
Rostov vilayətinin Proletar şəhərindəki neft bazasında dizel yanacağı olan 74 konteynerdən 20-yə yaxını yanır. Bunu Proletar rayon administrasiyasının rəhbəri Valeri Qorniç deyib.
Onun sözlərinə görə, hazırda yanğının sahəsi 10 min kvadratmetrdir.
Qeyd edək ki, avqustun 18-də gecə Rusiyanın Rostov vilayətindəki “Qafkaz” kombinatı vurulmuşdu. Dünən yanğının baş verdiyi Proletar rayon administrasiyası rayonda fövqəladə vəziyyət elan etmişdi.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.20-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ