 
                Onlayn ictimai-siyasi qəzet
 
         
                                                            Dubay-Moskva marşrutu ilə hərəkət edən "Boeing 737" sərnişin təyyarəsi Xəzər dənizi üzərində qəza siqnalı verib.
Musavat.com xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi fövqəladə xidmətlərdəki mənbəyə istinadən məlumat yayıb.
Siqnalın verilmə səbəbi baqaj bölməsində yanğın sensorunun işə düşməsi olub.
Rəsmi məlumata görə, sərnişinlər və ekipaj üzvləri zərər görməyib.
DP992 reysi ilə Dubaydan Moskvaya uçan "Boeing 737" təyyarəsi Həştərxana uğurla eniş edib.
Musavat.com
31 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ