İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Rusiyanın 6 vilayətinə HÜCUM: 4 bölgədə təhlükə XƏBƏRDARLIĞI... - CANLI

Gecə saatlarında Rusiyanın növbətçi hava hücumundan müdafiə sistemləri ölkənin 6 vilayətində Ukraynanın 126 pilotsuz təyyarəsini məhv edib.

Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Volqoqrad vilayətində 64, Voronej vilayətində 38, Belqorod vilayətində 14, Rostov vilayətində 2, Bryansk vilayətində 7 və Kursk vilayətində 1 pilotsuz təyyarə vurulub.

Bryansk qubernatoru Vyaçeslav Qladkov bildirib ki, pilotsuz təyyarələrin hücumu nəticəsində regionun müxtəlif ərazilərində bir neçə fərdi evə ziyan dəyib. Voronej vilayətində tələfat və dağıntı yoxdur.

Həmçinin gecə saatlarında Şimali Osetiya, Krım, Rostov və Samara vilayətlərində pilotsuz təyyarələrin hücumu təhlükəsi elan edilib. “Kommersant” yazır ki, Saratov və Volqoqrad hava limanlarının fəaliyyəti dayandırılıb.

TVMusavat-ın bu gün saat 12:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli ilə gündəmi müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Mart 2025

BÜTÜN XƏBƏRLƏR