İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: İranla sərhəddə növbəti İNSİDENT - Elşad Musayevlə "Canlı Debat"

Ermənilər getdikcə reallıq hissi ilə bərabər ağıllarını da itirirlər. Sentyabrın 2-də “artsaxın müstəqillik gününü” qeyd etmək barədə qərar da bunu təsdiq edir. Erməni mediasının yazdığına görə, “artsax milli assambleyasının’’ bütün beş fraksiyaları sentyabrın 2-də bir sıra tədbirlər keçirmək barədə qərarlarını elan etdilər. Bildirilib ki, sentyabrın 2-də saat 17:30-da Xankəndinin bütün sakinləri və qonaqları Azadlıq meydanından başlayacaq yürüşdə iştirak etməyə dəvət olunur. Yürüşdən sonra mitinq keçiriləcək.

“Artsax xalqı öz övladlarının qanı, minlərlə artsaxlının zəhməti və təri ilə yaradılmış suveren dövlətçiliyə sadiqdir. Mitinqdə iştirak etməklə biz birliyimizi, iradəmizi, hüquqlarımızı müdafiə əzmimizi dünyaya nümayiş etdirəcəyik” deyə, yayılmış bəyanatda deyilir.

Qeyd edək ki, ötən il Ermənistan baş naziri Nikol Paşinyan və ölkənin digər yüksək rütbəli rəsmiləri əvvəlki illərdən fərqli olaraq, “müstəqillik tədbirlərində” iştirak etmək üçün Xankəndinə getməyib. Ötən illərdə Ermənistan rəhbərliyi “bayramda” mütləq Qarabağa gedirdi, hərbi paradlarda və s. iştirak edirdi. 

1991-ci ilin məhz 2 sentyabrında Qarabağ “parlamenti” Azərbaycandan “müstəqilliyini” elan edib və Ermənistan və Azərbaycan arasında silahlı münaqişənin başlanğıcını qoyub.  

Xankəndidə separatçı-terrorçu rejim reallığı yaxşı dərk etsə də, bu tarixi “qeyd etməklə” Azərbaycan sərhədləri daxilində “dövlət” olmaq arzularını yenidən stimullaşdırırlar. Bundan başqa ermənilər “Qarabağ münaqişəsi bitməyib” iddiası üçün “arqument” qazanırlar. Nəhayət, hələ də “Qarabağın statusu” məsələsini gündəmə gətirmək istəyən dövlətlərə istinad mənbəyi verirlər. Bəzi ekspertlərə görə, rəsmi Bakı ermənilərin qondarma “müstəqilliklərinə” həlledici zərbənin elə sentyabrın 2-də vura da bilər. Amma necə və hansı gedişlərlə?

 

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 12.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevlə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər. 

Facebook səhifəsinin ünvanı:

 

https://www.facebook.com/NewMusavat

 

Youtube səhifəsinin ünvanı:

 

https://www.youtube.com/user/TVmusavat

 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR