İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: Əkrəm İmamoğluna həbs qərarı! Silivri həbsxanasına göndəriləcək

İstanbul Böyükşəhər Bələdiyyə Başqanı Əkrəm İmamoğlunun korrupsiya ittihamı ilə rəsmi şəkildə həbs olunduğu bildirilib.

Musavat.com xəbər verir ki, terrorla bağlı istintaq çərçivəsində isə İmamoğlu barəsində həbs qərarı çıxarılmayıb və bu istiqamətdə azadlıqda qalması rəsmiləşib.

Məlumatlara görə, İmamoğlu yaxın saatlarda Silivri Cəzaevinə göndəriləcək.

İstanbul Böyükşəhər Bələdiyyəsinin Baş katibi Can Akın Çağlar isə məhkəmənin qərarı ilə “adli kontrol” (məhkəmə nəzarəti) şərti ilə azadlığa buraxılıb.

Digər tərəfdən, Beylikdüzü Bələdiyyə Başqanı Mehmet Murat Çalık da həbs olunan şəxslər sırasına daxil olub.

Bu hadisə Türkiyə siyasi gündəmində əks-səda doğurub. CHP və İmamoğlunun tərəfdarları bu qərara etiraz edəcəklərini bildiriblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Mart 2025

BÜTÜN XƏBƏRLƏR