Onlayn ictimai-siyasi qəzet
İranda, Cənubi Azərbaycanda yaşayan soydaşlarımız növbəti dəfə milli mövqe ortaya qoymaqla düşmənlərimizə mesaj veriblər. Belə ki, güneyli fəallar Təbrizin Eynalı dağında Bütöv Azərbaycanın bayrağını və Güney Azərbaycan milli mücadiləsinin bayrağının rəsmini çəkiblər.
Musavat.com-un məlumatına görə, bu barədə "Araz News" teleqram kanalı xəbər yayıb.
Eyni zamanda hərəkatçılar milli fəal, İran hakimiyyəti tərəfindən dəfələrlə həbs olunan, hazırda da azadlıqdan məhrum edilmiş Yürüş Mehrəlibəylinin adını dağın döşünə yazaraq, ona azadlıq tələb ediblər.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ