İnsanlara hürriyət, millətlərə istiqlal!

Təbrizdə baş verən güclü zəlzələnin anbaan görüntüləri - VİDEO

Təbrizin Sərab bölgəsində ötən gecə baş verən 4,9 bal gücündə zəlzələnin anbaan görüntüləri yayılıb.

Kadrları “Azad İran” “Telegram” kanalı yayımlayıb.

Müşahidə kamerasında əks olunan görüntülərdə insanların təşviş içində müəssisədən qaçması əks olunub.

Xatırladaq ki, dünən gecə İranın Şərqi Azərbaycan əyalətində zəlzələ baş verib. Ölkənin Milli Seysmoloji Mərkəzinin məlumatına görə, təkanların episentri Şərqi Azərbaycan əyalətinin Sərab şəhəri olub. Zəlzələnin ocağının 8 kilometr dərinlikdə yerləşdiyi bildirilib.

Baş verən zəlzələnin vurduğu ziyanla bağlı rəsmi qurumlar hələlik açıqlama verməyiblər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR