İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏBİB-in həkimi vəfat etdi - FOTO

TƏBİB-in tabeliyində olan Nərimanov Tibb Mərkəzinin həkim-cərrahı Hüseynov Azad Əli-Abas oğlu ürək-ağciyər çatışmazlığı səbəbindən dünyasını dəyişib.

Bu barədə Musavat.com-a TƏBİB-dən məlumat verilib.

Qeyd edək ki, A.Hüseynov 14 fevral 1960-cı ildə Bakı şəhərində, həkim ailəsində anadan olub. 1977-1983-cü illər ərzində Azərbaycan Dövlət Tibb Universitetində təhsil aldıqdan sonra N.İ.Piroqov adına 2 saylı Moskva Tibb İnstitutunda internatura təhsili alıb.

Bakı şəhəri 4 saylı Şəhər Poliklinikasında həkim-cərrah kimi fəaliyyətə başlayan A.Hüseynov, daha sonra Nərimanov Tibb Mərkəzinin nəzdində olan 1 saylı Şəhər Poliklinikasında çalışıb.

Birinci Qarabağ müharibəsinə könüllü olaraq qatılan həkim-cərrah “Müharibə veteranı” adını alıb. Həmçinin o, çoxillik səmərəli əmək fəaliyyətinə görə, bir sıra fəxri fərmanlarla da təltif edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR