Onlayn ictimai-siyasi qəzet
Müğənni Tacir Şahmalıoğlu Qarabağa köçmək istəyir.
Musavat.com axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu haqda "Qonaqcanlı" verilişində deyib. Obildirib ki, ən gözəl səsi olanlar Qarabağda doğulurlar:
"Qarabağımız qayıdıb, ora köç olacaq. Səs o dağlardan gəlir. O, sudan, havadan... Bakıdan elə möhtəşəm səs yarana bilməz".
Müğənni aparıcı Aytəkin Mərdanavonanın "Ağdama köçəcəksiniz" sualına "Müəllim kimi qalan ömrümü orada keçirə bilərəm" cavabını verib.
T.Şahmalıoğlu Qarabağ Universitetdə çalışmaq arzusundan da söz açıb:
"Əlbəttə gedərəm, köçərəm, yaxşı da tələbə hazırlaşdıraram".
Musavat.com
10 Aprel 2025
09 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ