İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanınmış alimdən İstanbulla bağlı SON DƏQİQƏ zəlzələ AÇIQLAMASI

6 fevral 2023-cü il tarixli zəlzələlərdən sonra Türkiyə beşik kimi silkələnməyə davam edir. İstanbulda baş verən 6,2 bal gücündəki zəlzələ vətəndaşlar arasında böyük təşvişə səbəb olub.

Musavat.com-un xəbərinə görə, milyonlarla insana bir qədər də olsa təskinlik verən açıqlama geofizika üzrə mühəndis, professor Övgün Ahmet Ercandan gəlib.

Ercan öz X hesabında belə yazıb:

"6,2 bal gücündəki zəlzələnin təsiri sona çatıb. Şərqə doğru, İstanbul istiqamətində hərəkət dayandı. Böyük zəlzələ üçün ən azı 20-50 il vaxt var.

AHMET.jpg (121 KB)

6,2 bal gücündəki zəlzələ göstərdi ki, Şimali Mərmərə bölgəsi bir qırılma xəttindən ibarət deyil. Buna görə də 7,5–8 bal gücündə zəlzələ gözləntilərinin elmi əsası yoxdur. 1999-cu ildən bəri vurğuladığım kimi, Trakya və İstanbul qolu olmaqla iki fərqli qırılma xətti olacaq. Gözlənilən ən böyük zəlzələ 7–7,2 bal gücündədir. Son zəlzələ isə qırılma xəttinin uzunluğunu 28 kilometr qısaltdığı üçün Trakya qolunda zəlzələnin gücü 6,9–7,1 bala, İstanbul qolunda isə 6,4–6,7 bal arasında iki zəlzələ ehtimalı ilə azalıb".

Professor qeyd edib ki, Mərmərə dənizi böyük zəlzələ yaradacaq gərginlikdə deyil:

"Geofizika və peykdən mövqe təyin etmə ölçmələri əsasında hazırlanmış yer deformasiyası xəritələrinə görə, Mərmərə dənizinin həm şimal, həm də cənub sahilində zəlzələ yaradacaq səviyyədə gərginlik mövcud deyil".

Aytən Novruz
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR