İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanınmaz halda olduğu deyilən Duqinanın tabutdakı görüntüsü müzakirələrə səbəb oldu - FOTOLAR

Avqustun 23-də Moskvanın "Ostankino" televiziya mərkəzində rusiyalı jurnalist Daria Duqina ilə vida mərasimi keçirilib. Vida mərasimi bağlı qapılar arxasında keçirilib. Mərasimdə yalnız jurnalistin doğmaları və yaxınları iştirak edib.

Musavat.com xəbər verir ki, D.Duqina ilə keçirilən vida mərasimindən paylaşılan fotolar sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, avqustun 21-i gecə saatlarında avtomobilinin partladılması nəticəsində həlak olan Daria Duqinanın cəsədində heç bir yanıq izinin olmaması mübahisələrə və müzakirələrə yol açıb.

Qeyd edək ki, Rusiya mediasında partladılmış avtomobilin qadın sürücüsünün tamamilə yandığı, buna görə də, şəxsiyyətini hadisə yerində müəyyən etməyin mümkün olmadığı yazılmışdı.

Fotolardan da göründüyü kimi, Duqinanın tabuta qoyulmuş cəsədində heç bir yanıqdan, tanınmazlıqdan söhbət gedə bilməz. Onun bu görünüşü sosial media izləyicilərinin diqqətindən yayınmayıb.


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2024

26 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR