Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya qar yağır.
Musavat.com xəbər verir ki, hazırda şəhərdə güclü qar müşahidə olunur.
Tarixi və təbii gözəllikləri ilə seçilən Şuşa, ağ örpəyə bürünərək möhtəşəm mənzərə yaradıb. Qar, şəhərin əzəmətli abidələrini və təbiət mənzərələrini daha da cazibədar edir.
Sakinlər və ziyarətçilər bu gözəlliyin müxtəlif görüntüləri sosial şəbəkələrdə paylaşaraq Şuşanın möhtəşəm qış mənzərəsini nümayiş etdirirlər.
Sinoptiklərin proqnozuna görə, yaxın günlərdə bölgədə qar yağışının davam edəcəyi gözlənilir. Şuşanın ağappaq qış mənzərəsi yenidən bura olan marağı artırıb.
Musavat.com
16 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ