İnsanlara hürriyət, millətlərə istiqlal!

Suriyada polis bölməsi yaxınlığında partlayış: Ölənlər var

Suriyanın şərqində yerləşən Deyr əz-Zor vilayətinin Əl-Meyadin şəhərində polis bölməsinin yaxınlığında minalanmış avtomobilin partlaması nəticəsində azı üç polis əməkdaşı həlak olub, bir neçə nəfər isə yaralanıb.

Musavat.com xəbər verir ki, hazırda partlayışın terrorçu-kamikadze tərəfindən həyata keçirildiyi, yoxsa məsafədən idarə olunaraq törədildiyi müəyyən edilməyib. Yerli mənbələr bildirir ki, bu hadisə Suriyanın yeni hakimiyyətinə qarşı "İslam Dövləti" (İŞİD) tərəfindən təşkil edilən ilk hücum ola bilər.

Qeyd edək ki, ölkənin cənubunda yerləşən Dəra şəhərində də müxtəlif silahlı qruplar arasında toqquşmalar davam edir.

@@TVmusavat/115364@@

Toğrul İSMAYIL,
Musavat.com

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 May 2025

18 May 2025

BÜTÜN XƏBƏRLƏR