Onlayn ictimai-siyasi qəzet
Reallıq budur ki, bu gün Ermənistanda “qırmızı xətlərə” məhəl qoymayan hakimiyyət və parlament müxalifəti var.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlərin müəllifi yerli revanşist politoloq Suren Surenyantsdır.
“Nikol Paşinyan və hökuməti Azərbaycan-Ermənistan münasibətlərində qurduqları bütün “qırmızı xətləri” pozub.
Titullu müxalifət isə daxili siyasi həyatda “qırmızı xətti” ardıcıl olaraq pozur.
Siyasi baxımdan Ermənistanda belə əcaib və qanunsuz vəziyyət heç vaxt olmayıb”,-deyə erməni ekspert facebook səhifəsində yazıb.
Musavat.com
19 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ