Onlayn ictimai-siyasi qəzet
Sumqayıtda avtobus vurması nəticəsində ölən piyada Səringül Həsənova üç gün koma vəziyyətində qalıb.
Musavat.com xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
"Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə martın 11-i saat 16:30-da Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 1949-cu il təvəllüdlü (qadın cinsli) şəxs ağır vəziyyətdə hospitalizasiya olunub.
Koma vəziyyətində olan pasiyentə kəllə-beyin travması və baş-beyin əzilməsi diaqnozları təyin edilib.
Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, martın 14-ü saat 10:20-da pasiyentin ölüm faktı qeydə alınıb".
15 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ