İnsanlara hürriyət, millətlərə istiqlal!

Süleyman Soyludan Fransaya: “Bəslə qarğanı, oysun gözünü”

Xəbər verildiyi kimi, bu iln dekabrın 23-də Fransanın paytaxtı Parisdə Ahmet Kaya Mədəniyyət Mərkəzi yaxınlığında 3 nəfərin ölümü ilə nəticələnən silahlı hücumdan sonra əsasən PKK-çılardan ibarət şəxslər tərəfindən iğtişaşlar törədilib.

Hücumu həyata keçirməkdə şübhəli bilinən 69 yaşlı fransız üzərindən həbs qərarının götürülülməsi orada yaşayan kürdləri daha da qəzəbləndirib. Qərara etiraz edən aksiya iştirakçıları Paris küçələrini savaş meydanına çeviriblər.

Fransa mətbuatında yer alan xəbərə görə, bütün bunlar Fransa hökumətin geri çəkilməyə məcbur edib və şübhəəli yenidən məhkəmə qarşısına çıxarıla bilər.

Təbii ki, bu məsələ Türkiyənin də diqqətindən yayınmayıb.

Yerli Sabah” qəzetinin yazdığına görə, heç bir əsas olmadan Türkiyənin də hədəfə alındığı hadisə ilə bağlı Ankaradan açıqlamalar gecikməyib.

Daxili işlər naziri Süleyman Soylunun sosial media hesabında Fransaya yönəlik mesajları olduqca maraqlıdır: “Döymə qapımı, döyərlər qapını”; Avropada terrora rəvac verən, dəstəkləyən və qidalandıranların sınağı; "Okeanın o tayından Avropaya yeni tərbiyə üsulu; "Bəslə qarğanı, oysun gözünü..”.

Hakim Ədalət və İnkişaf partiyasının sözçüsü Ömər Çelik, hadisələrin ən çox kürdlərə zərər verdiyini ifadə edib: "Uzun müddətdir ki, bu məsələni gündəmə gətirməyə çalışırıq. Avropada faşizm xəstəliyi daha çox yayılıb. Bildirmək istərdim ki, bu faşist hücumları dünyanın hər yerində olduğu kimi son dərəcə təhlükəlidir. Bunu artıq fransızlar bəyan ediblər. Ona görə də bütün Avropada olduğu kimi biz də bütün irqçiliyi pisləyirik."

Qeyd edək ki, hücumlar təkcə Fransa ilə məhdudlaşmayıb. İğtişaşlar Parisdən sonra İngiltərəyə də keçib. Parisdəki hücuma etiraz edən terror təşkilatı PKK tərəfdarları İngiltərənin paytaxtı Londonda Fransanın London səfirliyi qarşısında toplaşıb.

Nümayişçilərdən birinin səfirliyə daş atmasından sonra terrorçulara rəğbət bəsləyənlər Türkiyənin Londondakı səfirliyinə də doğru yürüş edib.

Bunun üzərinə terror təşkilatı PKK tərəfdarları ilə polis arasında əlbəyaxa dava düşüb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR