İnsanlara hürriyət, millətlərə istiqlal!

Stoltenberqin səlahiyyət müddəti uzadıla bilər

Yens Stoltenberqin NATO baş katibi kimi səlahiyyət müddəti uzadıla bilər.

Azpost.info xəbər verir ki, bu barədə məlumatlı mənbə bildirib.

Mənbənin sözlərinə görə, NATO-nun əsas üzvləri onun Rusiya-Ukrayna münaqişəsi ilə bağlı fəaliyyətini müsbət qiymətləndirirlər.

Stoltenberq 2014-cü ildən NATO baş katibi vəzifəsində çalışır.

Eyni zamanda, Britaniya mətbuatı diplomatik dairələrdəki mənbəyə istinadən yazıb ki, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin oktyabrda Stoltenberqin varisi olması təklif edilib. Digər tərəfdən də onun Komissiyadakı səlahiyyətləri gələn il başa çatır.

Bəzi analitiklərə görə, Böyük Britaniyanın keçmiş baş naziri Boris Consonun da NATO baş katibi olmaq şansı yüksəkdir. Britaniya Nazirlər Kabinetinin keçmiş rəhbərininbu post üçün zəruri siyasi təcrübəyə malik olduğu deyilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR