Onlayn ictimai-siyasi qəzet
Ukraynaya silah tədarükü sayəsində sovet texnikasını təmir edən Çexiyanın "Excalibur Army" şirkəti bir milyard dollar sərvət qazanıb.
Musavat.com Publika.az-a istinadla xəbər verir ki, bu barədə "Blumberq" yazıb.
Çexiyanın Şternberk şəhərinin kənarında yerləşən zavod İkinci Dünya Müharibəsi zamanı alman avadanlıqlarının təmiri üçün istifadə edilib, lakin hazırda Ukrayna münaqişəsi üçün avadanlıq istehsal edən və sahibini milyarderə çevirən iri müəssisənin bir hissəsidir.
Mixal Strnad adlı sahibkar sovet dövründən qalma paslanmış tankları alıb və onları təmir etdirib. 2022-ci ilin fevralında Ukrayna münaqişəsinin başlanmasından bəri onun biznesinə yüksək tələbat var.
"Excalibur Army" ən gəlirli müəssisə hesab olunur. Şirkətin məlumatına görə, 2023-cü ildə gəlir 1,73 milyard avro təşkil edib ki, bu da 2021-ci illə müqayisədə üç dəfə çoxdur. "Bloomberg Billionaires Ranking"-ə görə, biznesin hazırkı rəhbəri Mixal Strnadın sərvəti 5 milyard dollar olaraq qiymətləndirilir.
Şirkət 300-ə yaxın T-72 döyüş tankını təmir edib, onlardan 100-ü artıq qatarlara yüklənərək Ukraynaya göndərilib. Şirkətin sursat istehsalı Ukraynada münaqişə başlayandan bəri 10 dəfədən çox artıb və səkkiz ölkədəki fabriklərdə işçilərin sayı 10 minə çatıb.
"Müharibə sabah bitsə belə, boş ehtiyatları doldurmaq üçün illər lazım olacaq. Mən əminəm ki, silaha olan tələbat çox uzun müddət yüksək səviyyədə qalacaq", - Strnad bildirib.
24 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ