Onlayn ictimai-siyasi qəzet
Rusiya qoşunları Cənub Hərbi Dairəsində qeyri-strateji nüvə silahlarının hazırlanması və istifadəsi üzrə praktiki təlimlərin birinci mərhələsinə başlayıblar.
Musavat.com “Interfax”a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, təlim çərçivəsində “İsgəndər” və “Kinjal” komplekslərinin istifadəsi praktiki olaraq həyata keçirilir.
Müdafiə Nazirliyi öz bəyanatında bir daha qeyd edib ki, təlimlər ayrı-ayrı Qərb rəsmilərinin Rusiyaya qarşı təxribat xarakterli bəyanatlarına və təhdidlərinə cavab olaraq keçirilir.
Belə ki, çərşənbə axşamı Rusiya Müdafiə Nazirliyi raketlərin “İsgəndər-M” sistemlərinə yüklənməsi və səhra mövqelərinə daxil olmasının görüntülərini yayıb.
Xatırladaq ki, mayın 6-da Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, Rusiya prezidenti Vladimir Putinin tapşırığı ilə aviasiya, eləcə də dəniz qüvvələrinin iştirakı ilə Cənub Hərbi Dairəsinin raket birləşmələri ilə təlim keçiriləcək.
Musavat.com
07 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ