İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Rusiya hər an qarışa bilər - Putin PANİKA İÇİNDƏ

Rusiyada başlatdığı üsyandan sonra Belarusa gələn "Vaqner" muzdlu dəstəsinin lideri Yevgeni Priqojin yenidən yox olub və "Vaqner"in şifrəli mesajları deşifrə edilib. Muzdlulara verilən əmrlərdən və mesajlarda göstərilən tarixdən sonra Rusiya təşvişə düşüb.

Musavat.com xəbər verir ki, ABŞ-da yerləşən analitik mərkəzi olan Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) məlumatına görə, Vladimir Putinin Priqojin ilə müqaviləsi bu ayın əvvəlində iflasa uğrayıb.

Kreml mənbələrinin verdiyi məlumata əsasən, bu, yüzlərlə Vaqner hərbçisinin Rusiyaya kütləvi şəkildə qayıtmasına səbəb olub. Bu muzdluların çoxunun avtobusla Moskvaya yaxın ərazilərə daşınması Rusiya liderinə ikinci zərbənin vurulacağı ilə bağlı narahatlıq yaradır.

ISW bildirir ki, şifrəli mesajlarda ​​muzdlulara bir-biri ilə əlaqə saxlamaq tapşırılıb. Qeyd olunub ki, hər an yeni sifarişlər gələ bilər. Şifrələnmiş mesajda yer alan informasiyaya görə, Rusiyaya qayıdan muzdluların əksəriyyəti bu ayın sonuna kimi “aktivləşdiriləcək”.

“Aktivləşmə” ifadəsinin tam olaraq nəyi nəzərdə tutduğu bəlli olmasa da, bunun ikinci çevriliş cəhdi ola biləcəyi ilə bağlı şərhlər verilib.

British Express qəzeti Rusiya prezidenti Vladimir Putinin panikaya düşdüyünü yazıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR