Onlayn ictimai-siyasi qəzet
İsveçdə Qurani-Kərimi təhqir edən iraqlı mühacir qətlə yetirilib.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı ISNA yayıb.
Məlumata görə, dəfələrlə müqəddəs Qurani-Kərim nüsxələrini ictimai yerlərdə yandırmaqla gündəmə gələn Salvan Momika güllələnib.
Polis sözçüsü Nadya Norton 38 yaşlı Momikanın güllələnərək öldürüldüyünü təsdiqləyib. Bildirilib ki, hadisə Momikanın internetdə veriliş apardığı vaxt baş verib. Stokholm polisi hücumçunun şəxsiyyəti ilə bağlı hələlik açıqlama verə bilməyəcəyini bildirib.
Həmçinin məlum olub ki, müqəddəs kitabı yandırması ilə bağlı mühakimə olunan Momikaya bu gün hökm oxunacaqmış.
Musavat.com
30 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ