İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! İraqdakı ABŞ hərbi bazasına raket zərbələri endirildi

İraqdakı ABŞ hərbi bazasına raket zərbələri endirildib.

ABŞ-nin İraqda, Ayn əl-Əsəddəki aviabazasına güclü raket hücumu nəticəsində Birləşmiş Ştatların bir neçə hərbçisi yaralanıb.

Musavat.com bu barədə “Al Arabiya”ya istinadən xəbər verir.

Qeyd edilib ki, ABŞ əsgərləri yüngül xəsarətlər alıb, İraqın təhlükəsizlik qüvvələrinin bir əməkdaşı isə ağır yaralanıb.

İraq polisinin sözçüsü AFP-yə bildirib ki, Ayn əl-Əsəd hava bazası Ənbar vilayətindən atılan 15 raketlə vurulub.

O, bildirib ki, 13 raket hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub, lakin “ikisi hava bazasına düşüb”.

@@TVmusavat/77282@@

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR