İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! İlham Əliyev sərəncam imzaladı

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibində dəyişiklik edilib.

Musavat.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Dəyişikliyə əsasən, iqtisadiyyat nazirinin müşaviri Emil Məcidov Müşahidə Şurasının üzvləri arasından çıxarılıb.

Şuranın tərkibinə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti rəisinin müavini Cəfər Babayev daxil edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR