Onlayn ictimai-siyasi qəzet
Fransa Moskva vilayətindəki “Crocus City Hall”da baş vermiş terror aktı ilə bağlı Yelisey sarayında təşkil edilmiş Milli Müdafiə və Təhlükəsizlik Şurasının iclasından sonra ölkədə terror təhlükəsi səviyyəsini ən yüksək səviyyəyə qaldırıb.
Bu barədə Fransanın Baş naziri Qabriel Attal sosial şəbəkədə bildirib.
“Moskvada baş vermiş terror aktından sonra Fransa Prezidenti bu gün axşam Yelisey sarayında Milli Müdafiə və Təhlükəsizlik Şurasının iclasını çağırıb. “İslam Dövləti” (İŞİD – red.) məsuliyyəti öz üzərinə götürdüyünə və ölkəmizin üzləşdiyi təhdidlərə görə “Vigipirate” [terrorla mübarizə planının] səviyyəsini ən yüksək – “təxirəsalınmaz hücum təhlükəsi” səviyyəsinə qaldırmaq qərarına gəldik”, – siyasətçi diqqətə çatdırıb. (Report)
24 Dekabr 2024
23 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ