İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Ərdoğan tarix AÇIQLADI - Dünyaya DƏHŞƏTLİ XƏBƏRDARLIQ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciət edib.

Musavat.com xəbər verir ki, Türkiyə lideri öz çıxışında iqlim dəyişikliyi məsələsinə xüsusi yer ayırıb.

“Biz həm öz öhdəliklərimizi yerinə yetirməklə, həm də qlobal səviyyədə təşəbbüs göstərməklə dünyamızın və bəşəriyyətin ortaq gələcəyinə aid olan bu həyati vacib məsələ üzərində işləməyə davam edəcəyik".

Son zamanlar təbii fəlakətlərdən əziyyət çəkən Türkiyə bərpa olunan enerji və ətraf mühit məsələlərinə sərmayə qoyuluşuna həssas olmasına baxmayaraq, qlobal hadisələrin mənfi təsirlərindən təcrid oluna bilməyib.

Bu çərçivədə Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin son iclasında da gündəmdə olan məsələ ilə bağlı deyib:

“İqlim dəyişikliyindən tutmuş müharibələrə qədər bir çox amil ərzaq təminatı təhlükəsizliyini bütün cəmiyyətlər üçün milli təhlükəsizlik məsələsinə çevirib. 2100-cü ilə qədər edilən proqnozlar göstərir ki, orta temperatur yüksələcək, isti dalğaları geniş vüsət alacaq, meşə yanğını riskləri artacaq, yağıntılar azalacaq, balanssız yağıntılar səbəbindən daşqınlar artacaq - bir sözlə, qarşımızda bu günə qədər olmayan bir çox problemlərlə üzləşəcəyik. Əslində, yazdan yaya qədər yağan leysan yağışlardan sonra havanın yüksək temperaturunun təsiri ölkəmizdə kənd təsərrüfatından tutmuş energetikaya qədər bir çox sahədə hiss olunur. Biz həm öz öhdəliklərimizi yerinə yetirməklə, həm də qlobal səviyyədə təşəbbüs göstərməklə dünyamızın və bəşəriyyətin ortaq gələcəyinə aid olan bu həyati vacib məsələ üzərində işləməyə davam edəcəyik”.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan 9-10 sentyabr tarixlərində ABŞ-da keçiriləcək G20 sammiti və Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının Hindistanda keçiriləcək iclasında iqlim dəyişikliyini gündəmə gətirərək dünyaya xəbərdarlıq edəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR