Onlayn ictimai-siyasi qəzet
Cəbrayılda minatəmizləmə zamanı partlayış olub, xəsarət alan var.
Bu barədə Musavat.com-a DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib.
Belə ki, avqustun 25-də saat 10 radələrində Cəbrayıl rayonu Hüseynalılar kəndi ərazisində minatəmizləmə işləri aparılarkən mərmi alışdırıcısının partlaması barədə polisə məlumat daxil olub.
Hadisə nəticəsində 1999-cü il təvəllüdlü Qasımov Həbib əlindən xəsarət alıb. O xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
06 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ