İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Bayden Kamala Harrisə iş tapdı: onu bu vəzifəyə təyin edəcək

ABŞ prezidenti Co Bayden Kamala Harrisi ABŞ Ali Məhkəməsinin hakimi vəzifəsinə namizəd göstərməyə hazırlaşır. Newsweek-in məlumatına görə, bu ehtimal 70 yaşlı liberal hakim Sonya Sotomayorun Ali Məhkəmədən istefa verəcəyi barədə iddialardan sonra gündəmə gəlib.

Demokrat Partiyasının üzvü və Cənubi Karolina ştatının nümayəndələr palatasının keçmiş üzvü olan vəkil Bakari Sellers bildirib ki, Sotomayorun mümkün istefası, Baydenin Kamala Harrisin namizədliyini irəli sürmək üçün bir fürsət yarada bilər.

Harrisin Ali Məhkəməyə namizədliyi qəbul olunarsa, o, ABŞ tarixində Ali Məhkəmədə ilk dəfə vitse-prezidentlikdən gələn bir hakim kimi yeni bir səhifə açacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR