Onlayn ictimai-siyasi qəzet
İsmayıllı rayonunda 3 maqnitudalı zəlzələ olub.
Musavat.com xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu bildirib.
“Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, İsmayıllı stansiyasından 22 km şimalda, İsmayıllı rayonunda zəlzələ qeydə alınmışdır. Zəlzələ hiss olunmayıb”, – məlumatda qeyd olunub.
Yerli vaxtla 05:18-də qeydə alınmış yeraltı təkanların ocağı 9 km dərinlikdə yerləşib.
Xatırladaq ki, yanvarın 26-da Xəzər dənizində 3,5 maqnitudalı zəlzələ olmuşdu.
Musavat.com
31 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ