İnsanlara hürriyət, millətlərə istiqlal!

Şols Trampı təriflədi: Co Bayden bunu etmədi, amma...

Almaniya kansleri Olaf Şols ABŞ prezidenti Donald Trampın neft və qaz ixracını artırmaq planlarını alqışlayıb və bunun “Avropa və Almaniya üçün xeyirli olduğunu” deyib. Musavat.com xəbər verir ki, bu məlumatı Almaniyanın “Handelsblatt” qəzeti yayıb.

Şols nəşrə müsahibəsində bu addımın təxminən əsrin ortalarına qədər davam edəcək iqlim neytrallığına keçidə kömək edəcəyini söyləyib:
“Dünya bazarında təklifin artması enerjinin qiymətinin aşağı düşməsi deməkdir”.

Kansler Trampın Co Baydenin etmədiyi yeni mayeləşdirilmiş təbii qaz (LNG) terminalları tikmək istəyinə görə tərifləyib. O, hər zaman ABŞ-da LNG terminallarının genişləndirilməsinin dayandırılmasının əleyhinə olduğunu bildirib.

Eyni zamanda Almaniya kansleri Trampın ötən həftə Paris İqlim Sazişindən çıxmaqla bağlı qəbul etdiyi fərmandan təəssüfləndiyini bildirib. "Qlobal istiləşmə ciddi təhlükədir" deyən Scholz Almaniyanın iqlim siyasəti kursunu davam etdirəcəyini qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Yanvar 2025

29 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR