İnsanlara hürriyət, millətlərə istiqlal!

ŞOK İDDİA: Dünya ABŞ, Çin və Rusiya arasında bölünür – Avropa və Türkiyə kimə gedəcək?

“Nüfuzlu “Newsweek” dərgisi dünyanın ABŞ, Çin və Rusiyanın maraq dairələrinə bölünəcəyini əks etdirən xəritə dərc edib. Dərginun bu paylaşımı ciddi qalmaqal yaradıb”.

Musavat.com bildirir ki, bu barədə politoloq Zeynal Əmrəliyev bildirib.

Politoloq qeyd edib ki, adıçəkilən dərginin paylaşımını bu cür şərh edib:

“Dərgi bu 3 ölkə arasında şahmat oyununa bənzər mübarizənin getdiyini yazıb. Dərginin bölgüsünə görə, Çinin təsir dairəsi Cənub-Şərqi Asiyanı, o cümlədən Pakistan, Hindistan və Yaponiyanı əhatə edəcək. ABŞ isə “Monro doktrinası”na görə Şimali Amerikaya, o cümlədən Qrenlandiyaya hakim olacaq.

Dərginin Rusiyaya verdiyi “pay” da maraqlıdır. Məqaləninməntiqinə görə, Avropanın tamamı, Türkiyə və Cənubi Qafqaz ölkələri Rusiyanın təsir dairəsində olacaq.

Maraqlıdır ki, dərgidəki məqalədə Mərkəzi Asiya, Yaxın Şərq, eləcə də Afrika, Avstraliya və Cənubi Amerika ABŞ, Çin və Rusiya arasında bölüşdürülməyib. Çinə veriləcək ərazilər arasında bu ölkə ilə rəqib olan, həmçinin ABŞ-ın yaxın müttəfiqi sayılan Yaponiyanın yer alması diqqət çəkir.

İran Hizbullahın güclənməsində maraqlı deyil”-Zeynal Əmrəliyev

Zeynal Əmrəliyev 

Rəsmi Tokio bir müddətdir ki, Çinin öz sahillərində keçirdiyi hərbi təlimlərə görə NATO-dan müstəqil yeni hərbi qurumun yaradılmasını təklif edir. Ancaq Vaşinqton bu məsələdə maraqlı deyil. Sadəcə, Yaponiyaya hərbi dəstəyi bir qədər də artırmaqla kifayətlənib. Yaponiya ilə yanaşı, Hindistan da Çinlə münasibətlərində gərginlik yaşayır. Dehli və Pekin Cənub-Şərqi Asiya bölgəsini ələ keçirmək və bölgənin əsas gücünə çevrilmək uğrunda uzun müddətdir ki, mübarizə aparırlar. Okeanlarda hökmranlığını qoruyub saxlamağa çalışan Hindistan, Çinin iqtisadi böyüməsinə ABŞ-dan sonra əngəl yaradan ikinci ən böyük qüvvədir. Çinin mövqeləri son zamanlar güclənsə də, Hindistanı hələ ki məğlub hesab etmək olmaz.
Dərginin ABŞ-a verdiyi ərazilərə bu ölkə, xüsusilə də Donald Tramp hakimiyyətə gəldikdən sonra iddia edir. Şimali Amerika, yəni Kanada, həmçinin Qrenlandiya hazırda da Vaşinqtonun əsas diqqət mərkəzindədir”.

Politoloq bildirir ki, bununla belə bu ərazilərin ələ keçirilməsi ilə bağlı ciddi suallar var. Belə ki, Kanada NATO üzvüdür, Qrenlandiya isə NATO və Avropa İttifaqına üzv olan Danimarkaya məxsusdur:

“Bu baxımdan Vaşinqtonun bu regionlarla bağlı konkret addımlar atacağı real görsənmir.

Avropanın tamamının və Türkiyənin Rusiyaya aid edilməsi isə təəccüblə qarşılanır. Trampın hakimiyyətə gəlməsindən sonra ABŞ-ın Avropadan bir qədər geri çəkilməsi Çinin “qoca qitə”də möhkəmlənməsinə yol açıb.

Bununla belə, Avropa ölkələrinin əksəriyyəti, xüsusilə də Ukrayna ilə müharibə fonunda, Rusiyadan daha da uzaqlaşırlar. Türkiyə isə NATO üzvü və ABŞ-ın ən böyük müttəfiqlərindən biridir. Hazırda Ankaranın Moskva ilə münasibətləri müsbət olsa da, unutmamalıyıq ki, Türkiyə uzun illərdir Qərbin bölgədəki əsas tərəfdaşı kimi çıxış edir.

Mərkəzi Asiya və Yaxın Şərqin bölgüdən kənarda saxlanması isə bu bölgələrdə uzun müddətdir ciddi geosiyasi rəqabətin getməsi ilə əlaqəlidir. Həqiqətən də, hər üç dövlətin – ABŞ, Çin və Rusiyanın – adıçəkilən regionlarda təsiri bu gün kifayət qədər güclüdür.

“Newsweek”in bu yanaşması isə hazırkı beynəlxalq münasibətlər sisteminin tənəzzülə uğraması və dünyanın yenidən bölüşdürülməsi uğrunda böyük dövlətlər arasında yeni mübarizənin başlandığı reallığını ortaya qoyur”.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR