İnsanlara hürriyət, millətlərə istiqlal!

ŞOK HADİSƏ: Sürücü yerdə yatan şəxsi ZİBİL BİLİB, ÜZƏRİNDƏN KEÇDİ - FOTO

İstanbulda tükürpədən hadisə baş verib. 

Musavavat.com xəbər verir ki, gecə 01:30 radələrində Kağıthane Çeliktepe məhəlləsindən keçən Yaşar Şahin yolda yeriyərkən müvazinətini itirərək yıxılıb. Buna səbəb onun sərxoş vəziyyətdə olması olub.

Həmin vaxt yolda olan sürücü Muzaffer E. yerdə yatan Yaşarın zibil olduğunu zənn edərək onun üstündən keçib. 

Hər tərəfi əzilən zərərçəkmiş məhəllədə yaşayan sakinlər tərəfindən xəstəxanaya yerləşdirilib. 10 gün tibb müəssisəsində müalicə olunan Yaşar Şahin sağalan kimi sürücünü polisə şikayət edib.

25 yaşlı sürücü Muzaffer E. Çeliktepe polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. 

Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR