Onlayn ictimai-siyasi qəzet
Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Leninqrad vilayətində Müdafiə Nazirliyinin obyektlərində, könüllülər mərkəzində və yanacaq terminalında terror aktları planlaşdıran Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin agentini məhv edib.
Musavat.com xəbər verir ki, departamentin məlumatına görə, təxribatçı Rusiyaya 2024-cü ilin martında Litvadan gəlib.
Agent anbardan partlayıcıları götürən zaman onu tutmağa çalışsalar da, o, müqavimət göstərib və qaça bilib. Tezliklə o, Qatçina bölgəsində aşkar edilib, burada da müqavimət göstərən zaman FSB tərəfindən zərərsizləşdirilib.
Ukrayna agenti Pabradedə mina partlayıcıları və atıcı silahlardan atəş açmaq üzrə təlim keçib. Onun kuratoru ilə yazışmalarında onlar ukraynalıların pravoslav kilsələrində və Baltikyanı ölkələrdəki rusdilli sakinlərin məskunlaşdıqları yerlərdə terror aktları törətməyi planlaşdırdıqları barədə məlumatlar aşkarlanıb. Planlar arasında Riqada kinoteatrın yandırılması da olub. FSB-nin iddiasına görə, məqsəd Rusiya əhalisini tamamilə məhv etmək olub.
Musavat.com hadisənin görüntülərini təqdim edir:
27 Avqust 2025
00:43 SON DƏQİQƏ: Xəzər sahillərində 5,7 bal gücündə zəlzələ baş verdi - Sumqayıt və Bakı silkələndi
26 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ