Onlayn ictimai-siyasi qəzet
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Çexiya prezidenti Petr Pavel Ukraynanı Rusiya ilə danışıqlara çağırıb.
“Müharibəni dayandırmaq və gələcək (müharibədən sonrakı) sistemin müzakirəsinə başlamaq lazımdır”, - deyə prezident “Sky News”un sualını cavablandırarkən bildirib.
Televiziya ondan soruşub ki, Ukrayna indilərdə Rusiya Federasiyası ilə danışıqlara başlamalıdırmı və hərbi əməliyyatları dayandırmalıdırmı?
Petr Pavel Kiyevin yaxın gələcəkdə Rusiya Federasiyasının işğal etdiyi əraziləri geri qaytara biləcəyi fikrini “sadəlövh” hesab etdiyini söyləyib.
“Biz realist olmalıyıq”, o deyib.
Bu açıqlama Kollektiv Qərb düşərgəsində şok effekti yaradıb. Çünki Çexiya prezidenti faktiki olaraq Ukraynanı təslimiyyətə çağırıb.
Musavat.com
28 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ