Onlayn ictimai-siyasi qəzet
İran xarici işlər nazirinin müavini İsrailin baş naziri Benyamin Netanyahunun edamını qanuni olaraq mümkün adlandırıb.
İran xarici işlər nazirinin müavini Kazem Qaribabadi deyib ki, İsrailin baş nazirinə hərbi cinayətlər törətdiyi iddiası ilə edam cəzası verilməsi qanuni cəhətdən mümkündür.
Musavat.com xəbər verir ki, bu barədə PressTV kanalı İranın ali dini lideri Əli Xamneyinin rəsmi saytına istinadən məlumat verib.
“Biz Fələstin xalqını dəstəkləyən iki və ya üç həmfikir ölkədən ibarət məhkəmənin yaradılmasının mümkün olub-olmadığını anlamağa çalışmalıyıq. Bu məhkəmə çərçivəsində oxşar qərarlar qəbul etmək mümkün olacaq. Məncə, bunda mümkünsüz heç nə yoxdur, əgər səy göstərilsə, mümkündür”.
Musavat.com
07 Fevral 2025
06 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ