Onlayn ictimai-siyasi qəzet
SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) 2008-ci ildən etibarən Türkiyədə fəaliyyət göstərir.
Şirkət həmin il Türkiyə Respublikasının Özəlləşdirmə İdarəsindən “Petkim” səhmlərinin 51%-ni 2 milyard 40 milyon ABŞ dollarına satın alaraq ölkədəki fəaliyyətinə başlayıb.
Musavat.com xəbər verir ki, hazırda Türkiyənin ən böyük xarici investoru olan SOCAR, son 17 ildə bu ölkəyə ümumilikdə 18,5 milyard ABŞ dolları həcmində investisiya yatırıb.
Bu investisiyaların əsas istiqamətləri aşağıdakı kimidir:
- STAR Neft Emalı Zavodu-6,7 milyard ABŞ dolları
- TANAP (Trans-Anadolu Qaz Kəməri): 6,31 milyard ABŞ dolları
- Petkim-in satın alınması: 2,04 milyard ABŞ dolları
- Liman əməliyyatları:420 milyon ABŞ dolları
- Daşınmaz əmlak investisiyaları: 232 milyon ABŞ dolları
- Təbii qaz şirkətlərinin alınması: 180 milyon ABŞ dolları
- Saxlanc fəaliyyəti: 110 milyon ABŞ dolları
- Fiber sahəsində investisiyalar: 55 milyon ABŞ dolları
- SOCAR Türkiyənin Qrup Şirkətlərinə edilən investisiyalar: 2,445 milyon ABŞ dolları
Qeyd edək ki, SOCAR Türkiyənin ən böyük inteqrasiya olunmuş sənaye qrupu olaraq, enerji və sənaye sektorlarında fəaliyyətini genişləndirməyə davam edir. Bu investisiyalar Türkiyənin iqtisadi inkişafına əhəmiyyətli töhfələr verməklə yanaşı, iki ölkə arasında strateji əməkdaşlığı da gücləndirir.
Musavat.com
07 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ