İnsanlara hürriyət, millətlərə istiqlal!

“Sizin paradınız üçün niyə pul ödəməliyik” sualını eşidən kral Çarlz meydandan qaçdı - ANBAAN VİDEO

İngiltərə kralı Çarlz Kraliça Elizabetin ölümündən sonra ilk dəfə Uelsdə toplaşan kütlə ilə görüşüb.

Musavat.com xəbər verir ki, kral Çarlz başsağlığı verən bir vətəndaşın sualı qarşısında çətin vəziyyətə düşüb.


"Evlərimizi qızdırmaq üçün mübarizə apararkən, sizin paradınızın pulunu biz ödəməliyik. Vergi ödəyiciləri sizin üçün 100 milyon funt sterlinq ödəyirlər. Nəyə görə?",-deyə yerli sakinlərdən biri sual verib.

Bu sualın ardından kral Çarlz dərhal oradan uzaqlaşıb. 

İngiltərə kraliçası Elizabetin ölümündən sonra başlayan mərasimlər 10 gündür davam edir. Kraliçanın dəfn mərasimi bazar ertəsi günü keçiriləcək, ölkənin yeni monarxı Kral Çarlz da hazırda başsağlığı mesajlarını qəbul etməyə davam edir. 

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2024

26 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR