İnsanlara hürriyət, millətlərə istiqlal!

Simonyan meydan oxudu

“Demokratik yolla seçilmiş hökuməti heç kim nəyəsə məcbur edə bilməz”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

“Ruslar Robert Köçəryana, Serj Sarkisyana, amerikalılar hansısa qrant müqabilində keçmiş hökumətə nəsə tətbiq edə bilərdilər. Amma heç kim bizə heç bir şey tətbiq edə bilməz, onların bizim üzərimizdə heç bir rıçaqları yoxdur, seçkilərimizi tanımağa, başımıza sığal çəkməyə də ehtiyac yoxdur. Biz artıq demokratik ölkəyik və demokratik ölkəni yalnız ələ keçirmək və ya hücum etməklə nəyisə etməyə məcbur etmək olar, onlar bizə başqa cür - siyasi mənada təsir edə bilməzlər”, - deyə Simonyan bildirib.

Qeyd edək ki, son vaxtlar erməni mediasında rəsmi İrəvanın sülh müqaviləsi imzalamağa məcbur edilməsi və buna görə də erkən seçkilərin keçirilməsinin tələb olunduğu ilə bağlı xəbərlər dolaşır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR