Rusiyada və MDB ölkələrində məşhurlaşan azərbaycanlı müğənni və şoumen Timur Rodriges sevgilisi Katya Kabaka açıq şəkildə eşqini elan edib.
Bu hadisədən bir gün əvvəl ifaçı böyük solo konserti öncəsi sevgilisinin ona necə sürpriz etdiyini instaqram səhifəsində nümayiş etdirib.
Katya Timurun yaşadığı bloku şarlarla bəzədib.
Həmin anları izləyiciləri ilə bölüşən ifaçı “Düşüncələrimdə o qədər itmişdim ki, mənzildən çıxanda və bunu görəndə bunun mənim üçün olduğunu dərhal anlamadım! Mən səni sevirəm! Sən sadəcə bir sehrbazsan!” Katyaya sevgisini açıq şəkildə etiraf edib.
Qeyd edək ki, T. Rodriguez 16 illik evliliyini bir anın içində sonlandırıb. Müğənni açıqlamasında bildirib ki, o, həyat yoldaşı Anna Devoçkinaya ayrılmasını telefon vasitəsi ilə elan edib. Timur və Anna gecə klubların birində tanış olublar və 2007-ci ildə şoumen sevgilisinə “Etna” dağının zirvəsində evlilik təklif edib.
Cütlüyün münasibətlərini 2007-ci ilin avqustunda rəsmi olaraq qeydə alınıb və 2009-cu il martın 10-da Timur və Annanın Migel adlı oğlu dünyaya gəlib. 2012-ci ilin oktyabrında cütlüyün Daniel adlı daha bir oğlan övladı doğulub. (olay)
ŞƏRHLƏRŞƏRH YAZ