İnsanlara hürriyət, millətlərə istiqlal!

Serblər Kosovonun şimalında barrikadaları sökməyə başlayıblar

Bu gün səhər saatlarında serblər Kosovonun şimalında və Metohiyada quraşdırdıqları barrikadaları sökməyə başlayıb.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, artıq “Merdare” nəzarət-buraxılış məntəqəsində qurulan barrikada tamamilə sökülüb. Həmçinin regionun digər bölgələrində barrikadaların sökülməsi prosesi başlayıb.

Serbiya Prezidenti Aleksandar Vuçiçin Kosovo və Metohiya nümayəndələri ilə Raşka şəhərində baş tutan görüşündən sonra regionda yerli serblər tərəfindən qurulan barrikadaların aradan qaldırılması üzrə razılıq əldə olunub. Bir neçə saat davam edən görüş zamanı etirazçılar Kosovoda yaşayan serb əhalinin təhlükəsizliyi, həmçinin Kosovo və Metohiyanın Serbiyanın tərkibində muxtar vilayət statusunun saxlanması ilə bağlı bir sıra tələblər irəli sürüb. Onlar Kosovonun şimalının və Metohiyanın cənub bölgələri ilə əlaqəsini kəsməklə hədələyiblər.

Xatırladaq ki, dekabrın 6-da Kosovo təhlükəsizlik qüvvələrinin Avropa İttifaqı missiyasının müşayiəti ilə ölkənin şimalında və Metohiyada seçki komissiyalarının binalarına daxil olması səbəbindən regionda gərginlik artıb. Dekabrın 26-da Kosovo və Serbiya silahlı qüvvələri döyüş hazırlığı vəziyyətinə gətirilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR