İnsanlara hürriyət, millətlərə istiqlal!

Separatçı Qulyan Moskvada peyda oldu, Bakıya dil uzatdı

Məlum olduğu kimi, bu həftə Moskvada Rusiya və Ermənistan münasibətlərinin müzakirə olunduğu birgə platforma- “Lazarev klubu”nun 6-cı iclası keçirilib. İştirakçılar Ermənistandakı vəziyyəti və Moskva-İrəvan  münasibətlərinin gələcəyini müzakirə ediblər. İrəvanda keçirilməsi planlaşdırılan iclas  “Lazerev klubu”nun   koordinatoru, Dövlət Dumasının MDB işləri komitənin  sədr müavini Konstantin Zatulinin ölkəyə girişinə qadağa qoyulması səbəbindən iki ildir keçirilmirdi. 

Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, müzakirələrdə  diqqətçəkən məqam  ənənəvi iştirakçılarla yanaşı,  indi Paşinyana qarşı olan keçmiş komanda  üzvləri də iştirak ediblər.  Məsələn, Paşinyan dövründə Xarici İşlər Nazirliyinə rəhbərlik  etmiş Ara Ayvazyan vurğulayıb ki, SSRİ dağılandan sonra  Rusiya  Ermənistanın təhlükəsizliyinin yeganə  təminatçısı kimi qəbul edilib. Amma hazırda respublikada Ermənistanın dövlətçiliyinə və müstəqilliyinə təhdidlərin əsas mənbəyi kimi Rusiya  göstərilir.  Ayvazyan deyib ki,  iki ölkə arasında yaxşı münasibətlərin tərəfdarı olanlara isə “Kreml agentləri” damğası vurulur.

1215.png (2.57 MB)

Ermənistanın sabiq müdafiə naziri Arşak Karapetyanın  fikrincə isə  Paşinyan Rusiyanın danışıqlarda iştirakından imtina edərək Azərbaycanla  vasitəçisiz  danışıqlarla “ölümcül səhvə” yol verib.  “Paşinyanın ikinci səhvi regiondankənar qüvvələrin bölgəyə cəlb edilməsi cəhdidir.  Erməni xalqının başına gələ biləcək ən pis şey Ermənistan ərazisində bir neçə dövlətin toqquşmasıdır”, - general bildirib.  "Biz buna son verməliyik" deyə, general yekunlaşdırdı

 Daha bir diiqətçəkən məqam isə qondarma “Dağlıq Qarabağın Milli Assambleyasının keçmiş spikeri” Aşot Qulyanın tədbirdə peyda olması olub.  Aşot Qulyan isə deyib ki, Ermənistanın indiki hökumətinin hazırda Bakıda həbsdə olan “DQR hərbi-siyasi rəhbərliyinin” taleyinə biganədir.  Onun fikrincə, Paşinyan və  komandası Bakıda həbsdə olan erməniləri azad etmək üçün heç bir səy göstərmir.

1696509262_m.jpg (299 KB)

Yada salaq ki, əslən Əsgəran rayonundan olan Aşot Quliyan  Xankəndində “söz sahibi” olanda indiki baş nazir Nikol Paşinyanla münasibətləri həmişə yaxşı olub. 2019-cu ildə Paşinyanın Xankəndidəki mitinqini də məhz “spiker” Qulyan aparıb. Qondarma rejimin adının  “Dağlıq  Qarabağ Respublikası" deyil, "artsax respublikası" adlandırmaq tərəfdarlarındadn biri də Qulyan idi.  

İrəvanda separatçıların yenidən toparlanmasına cəhd edənlər sırasında da Qulyanın adına rast gəlmək olur.  Bəllidir ki, qondarma  “parlamentinin  spikerliyindən” sonra indiki xarici işlər naziri, o zaman isə  Ermənistan parlamentinin  sədri olan Ararat Mirzoyanın müşaviri işləyib. Aşot Qulyan müharibə bitdikdən sonra da  bəyan etmişdi ki, Qarabağ münaqişəsinin yeni mərhələsinə hazırlaşmaq lazımdır.  Aşot Qulyanın çıxışlarında “artsax xalqının öz tarixi vətəninə qayıtmaq hüququ xarici siyasət proqramlarının və beynəlxalq strukturların gündəliyinə daxil edilməlidir “ kimi sərsəmləmələrini də tez-tez təkrar edir. O, Ermənistan Konstitusiyasının dəyişdirilməsini də qəbuledilməz hesab edir. İndi İrəvanda rəsmi heç bir post tumayan Aşot Quliyanın “Lazerev Klubu”nda yenə də “keçmiş spiker” kimi təqdimatı, üstəlik Bakıya dil uzatmasına imkan verilməsi diqqət çəkir... 

 Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR