İnsanlara hürriyət, millətlərə istiqlal!

SENSASİYA: Qarabağdan gələn ermənilər Araikin yaxın dostunu döydülər - İrəvanda nə baş verir? -detallar CANLIda  


Xəbər verdiyimiz kimi, dünən – oktyabrın 20-də İrəvanda Qarabağdan köçən ermənilərin etiraz aksiyası keçirilib.
Etirazçılar separatçıların sonuncu “başçısı” Samvel Şahramanyanı ittiham ediblər, onu “artsax”ı təhvil verməkdə ittiham ediblər.
Etirazçılar Araik Artyunyanın yaxın dostu Karen Şahramanyanı da döyüblər, onu sürüyərək təpikləyiblər.
“Hraparak” iddia edir ki, bu etirazı Nikol Paşinyan təşkil edib. Paşinyan bununla da “Qarabağı təhvil verdi” ittihamından qurtulmaq istəyir. O, bütün günahları separatçıların başçılarının üzərinə yıxmaq niyyətindədir.
Üstəlik, Paşinyan yaxşı bilir ki, separatçıların başçılarının İrəvanda qalması ona təhlükə yarada bilər. Onlar “Qarabağ klanı”nın üzvləri ilə birləşərək Paşinyana problem yarada bilərlər. Böyük ehtimalla, Paşinyan Şahramanyan və digərlərinin Ermənistanı tərk etməsində maraqlıdır. Ondan sonra Qarabağdan köçüb gələn erməniləri idarə etmək asan olacaq.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-də aparıcı Sevinc Temanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağıız siyasi ekspert Heydər Oğuzdur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.


Facebook səhifəsinin ünvanı:

Youtube səhifəsinin ünvanı:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR