İnsanlara hürriyət, millətlərə istiqlal!

SENSASİYA - MKİ-nin direktor müavininin oğlu Rusiya ordusuna qatıldı, Ukraynada həlak oldu

Mərkəzi Kəşfiyyat İdarəsinin direktor müavininin oğlu Rusiya ordusuna qatılıb, Ukraynada müharibədə həlak olub.

Musavat.com xəbər verir ki, bu barədə "Vacib hekayələr" məlumat yayıb.

Məlumatda bildirilir ki, 21 yaşlı Maykl Qloss bir neçə ay dünyanı gəzdikdən sonra 2023-cü ildə Rusiya ordusuna qoşulub.

Onun anası Culiann Qalina Qloss ABŞ-ın Hərbi Dəniz Akademiyasını bitirib, 30 ildən çox kəşfiyyat sahəsində çalışıb. Son altı ildə isə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində (MKİ) rəqəmsal innovasiyalar üzrə müavini vəzifəsində işləyib və 2024-cü ilin fevralında MKİ-nin müavini olub.

Tanışının dediyinə görə, Maykl Qlossun Rusiyaya getmək qərarı Türkiyəyə səfər edərkən yaranıb: "O, ABŞ-la döyüşmək istəyirdi. Amma düşünürəm ki, o, sui-qəsd videolarından çox təsirlənib".

Rusiyanın müxtəlif şəhərlərinə səyahət etdikdən sonra Maykl Qloss Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlayıb. O, Moskvada yerləşən "Avangard" təlim mərkəzində hazırlıq keçib və daha sonra Ryazan şəhərində yerləşən 137-ci Hava Desant Alayına daxil olub. Maykl Qloss 2024-cü ilin aprelin 4-də Donetsk bölgəsində həyatını itirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Aprel 2025

25 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR