İnsanlara hürriyət, millətlərə istiqlal!

Semyon Peqovdan Ermənistanı yasa boğacaq açıqlama: “180 ölü...”

Rusiyalı “hərbi jurnalist”, İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın təbliğatını aparan Semyon Peqov Azərbaycan-Ermənistan sərhədində baş verən son toqquşmalarda 180 erməni hərbçisinin öldürüldüyünü, 50-dən çox yaralının olduğunu açıqlayıb.

Musavat.com xəbər verir ki o, bu barədə özünün “Semyon Peqov” “Telegram” kanalında yazıb.

Erməni təbliğat maşınının əlaltısı S.Peqov həmçinin Azərbaycan ordusu tərəfindən məhv edilən onlarla erməni hərbçinin döyüş meydanında qalmış cəsədlərinin videogörüntülərini yayımlayıb.

Qeyd edək ki, Semyon Peqov “YouTube” şəbəkəsində “Wargonzo” layihəsinin müəllifidir. O, İkinci Qarabağ müharibəsi zamanı Ermənistanı və Qarabağdakı erməni separatçılarını dəstəkləmək məqsədi ilə saxta xəbərlər yaymaqla tanınıb.


Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2024

26 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR