İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəhidimiz var: 2004-cü il, Qəbələ doğumlu NOVRUZ Niftalıyev... - VİDEO

Tərtərdə minaya düşərək həlak olan hərbçi dəfn olunub.

Musavat.com xəbər verir ki, bu barədə məlumat və video görüntülər sosial mediada yayılıb. Dünən onun cənazəsi ailəsinə təhvil verilib. Şəhidimiz doğulduğu kənddə torpağa tapşırılıb.

Qeyd edək ki, Müdafiə Nazirliyi Novruz Niftalıyevin minaya düşərək həlak olduğu barədə məlumat yaymışdı. Məlumatda bildirilirdi ki, Suqovuşanda xidmət edən hərbçi, Qəbələnin Nohurqışlaq kənd sakini, 2004-cü il təvəllüd Niftalıyev Novruz Eldəniz oğlu Tərtərin Talış kəndi istiqamətində minaya düşərək həlak olub.

Rəsmi məlumatın linki: https://musavat.com/news/son-deqiqe-minaya-dusen-herbcimiz-helak-oldu-yenilenib_967567.html

Dəfn mərasimindən video görüntüləri təqdim edirik.

Allah rəhmət etsin.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR