İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəhid qardaşının çıxışı zalı ayağa qaldırdı - VİDEO, FOTOLAR

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib.

“Yeni Müsavat” Media Qrupunun əməkdaşı, şəhid Əli Rzalının dayısı Elşad Paşasoy bu barədə öz feysbuk hesabında paylaşım edib.

Həmin paylaşımı təqdim edirik:

“Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbirdən kadrları izlədim, bir dayı kimi həm kövrəldim, həm də böyük qürur hissi keçirdim.

Bacımın oğlu, 44 günlük Vətən müharibəsində Kəlbəcər uğrunda gedən döyüşlərdə şəhid olmuş Əli Rzalının qardaşı, Akademiyanın 3-cü kurs tələbəsi Elmir Rzalı budəfəki tədbirdə böyük şair-dramaturqumuz Cəfər Cabbarlının obrazında səhnədə təsirli çıxış edib.

Şairin “Ana” şeirini səsləndirən Elmir Rzalı daha sonra səhnədən zala enib və təhsil ocağı tərəfindən tədbirə dəvət olunmuş anası Samirə xanımın qarşısında diz çökərək, əlindən öpərək çıxışını yekunlaşdırıb. Çox duyğusal anlar yaşanıb, şəhid anasının və şəhid qardaşını bağrına basması bir çoxlarını kövrəldib. 

Akademiyanın rektor əvəzi Yusif Ağayev, müəllim kollektivi, tələbələr, qonaqlar Əli Rzalının ailə üzvlərini ayaq üstə alqışlayıblar.

Diqqətə görə təşəkkür edirik, hörmətli Yusif müəllim və Akademiyanın müəllim və tələbə kollektivi! Şəhidlərimiz baş tacımızdır, deyiminə sadiq qalanlar var olsun!

Əli Rzalı qardaşımızın da əvəzində uğurlara imza atacağına söz verən Elmir qardaşımızla fəxr edirik. Son ayda ikinci böyük uğurudur.

Bu gün, martın 9-da şəhidimizin atası Nuru Rzalının doğum günüdür. Elmirin bu möhtəşəm çıxışı həm də Nuru bəy üçün həm də ad günü hədiyyəsi oldu. Gözləri dolmuş şəhid atasını gördüm bu kadrları izləyərkən…”

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Mart 2025

09 Mart 2025

BÜTÜN XƏBƏRLƏR