İnsanlara hürriyət, millətlərə istiqlal!

Seçkinin monitorinqi üçün koalisiya yaradıldı- Tanınmış hüquq müdafiəçilərindən AÇIQLAMA

 

Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisinin monitorinqini həyata keçirmək üçün “Mənim Səsim” Seçki-Monitorinq Koalisiyası yaradılıb.

Musavat.com xəbər verir ki, koalisiyanı yaradanlar hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənənyarlıdır.

Onlar bu barədə saytımıza göndərdikləri açıqlamada aşağıdakıları qeyd ediblər:

Biz, D.Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi İB-nin sədri Novella Cəfərova,  İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İB-nin sədri Səidə Qocamanlı, Beynəlxalq İnsan Hüquqları Təşkilatının Azərbaycan bölməsinin sədri Səadət Bənənyarlı 2024-cü il fevralın 7-də Azərbaycan Respublikasında keçiriləcək növbədənkənar prezident seçkilərinin monitorinqini həyata keçirmək məqsədi ilə “Mənim Səsim” Seçki-Monitorinq Koalisiyasını təsis etdiyimizi bəyan edirik. 

Koalisiyanın işində tanınmış ekspert və politoloqlardan ibarət qrup, peşəkar müşahidəçilər komandamız fəaliyyət göstərəcək. Koalisiya seçkinin bütün mərhələlərinin monitorinqini apararaq aralıq, seçki günü və yekun hesabatlar hazırlayıb ictimaiyyətə təqdim edəcək”.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR