Onlayn ictimai-siyasi qəzet
“Azərbaycanın da üzv olduğu İqtisadi Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin iqtisadiyyatları davamlı inkişaf templəri nümayiş etdirir”.
“Report”un Daşkəndə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) sammitinin açılışındakı çıxışında deyib.
Özbəkistan dövlət başçısı Azərbaycanın təşkilatda uğurlu sədrliyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. O qeyd edib ki, sədrliyi dövründə rəsmi Bakı bir sıra mühüm təşəbbüslərlə çıxış edib və qurumun fəaliyyətinə səmərəli töhfə verib.
“İştirakçı ölkələr arasında iqtisadi əməkdaşlığı yaxşılaşdırmaq üçün Özbəkistan tərəfi özbək ekspertlər tərəfindən hazırlanmış ECO çərçivəsində ticarətin sadələşdirilməsinə dair sazişin qəbulunu təklif edir”, - o bildirib.
Özbəkistan dövlət başçısı, həmçinin qeyd edib ki, multimodal nəqliyyat dəhlizlərinin işə salınması ECO-ya üzv olan bütün dövlətlərin maraqlarına cavab verir.
“Təşkilatımızın üzv ölkələri ayrılmaz şəkildə ortaq tarix, zəngin mədəniyyət və oxşar dəyərlərlə bağlıdır”, - deyə o əlavə edib.
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ