Onlayn ictimai-siyasi qəzet
"İlk oyunda "Qarabağ"ın səhvləri oldu. "Dinamo" daha çox qol vura, hətta özü də top buraxa bilərdi".
Musavat.com İdman.Biz-ə istinadən bildirir ki, bunu Xorvatiya futbolunun veteranı Saşa Person deyib.
Vaxtilə "Riyeka", "Hayduk" və Zaqreb "Dinamo"sunda oynamış müdafiəçi sonuncuların Çempionlar Liqasında "Qarabağ"a qarşı keçirəcəyi matç barədə fikirlərini bildirib: "Qarabağ" ciddi rəqibdir. Amma rəqibimiz Avropa futbolunun ön sıralarında olan komandalardan deyil. "Dinamo" isə Xorvatiya çempionudur. Rəqibin heyətinin az qala yarısı legionerlər, braziliyalılardır və ona görə "Qarabağ"a yuxarıdan aşağı baxmaq olmaz. Razqradda 7 qol vurublar. Ehtiyatlı olmaq lazımdır. Lakin unutmayaq ki, belə yeddi qollu matçlar nadir hallarda baş verir".
Veteran "Qarabağ"ın irəli atılmasının "Dinamo"nun lehinə olduğunu düşünür: "Qarabağ"a dərhal hücuma keçmək, fərqi azaltmağa başlamaq lazım gələcək. Məhz bu da "Dinamo"nun şansıdır. Rəqibin arxa xətt oyunçuları da hücumlara dəstək olmağa çalışacaq. "Göylər" səbir etməli, öz imkanını gözləməlidir. Əgər bir qol vursalar, bundan sonra "Qarabağ" çətin, demək olar çıxılmaz vəziyyətdə olacaq. Real yanaşsam, "Dinamo" mərhələni 80 faiz keçib. "Dinamo"nun ən güclü xətti hücumdur. Sonra yarımmüdafiə, ən sonda müdafiə gəlir. Deməzdim ki, arxa xətt oyunçuları zəifdir. Amma əsas mərhələyə çıxdıqdan sonra bəzi mövqelər güclənməlidir. "Qarabağ"la dueldə isə yarımmüdafiəçilər də müdafiəçilərə kömək etməlidir ki, rəqibə imkan verməsinlər".
Qeyd edək ki, "Qarabağ" - "Dinamo" oyunu sabah keçiriləcək.
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ