İnsanlara hürriyət, millətlərə istiqlal!

Sarayda tapılan ayı balası reabilitasiya klinikasına təhvil veriləcək

Bu gün Abşeron rayonu Saray qəsəbəsində yaşayan bir vətəndaş Daxili İşlər Nazirliyinin (DİN) "102" Xidməti Zəng Mərkəzinə müraciət edərək evinin həyətinə ayı balasının girdiyi barədə məlumat verib.

DİN-dən Musavat.com-a verilən məlumata görə, dərhal Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin əməkdaşları deyilən ünvana yollanıb. Ayı balası polislər tərəfindən təhlükəsizlik tədbirləri görülməklə götürülüb və daha sonra aidiyyəti üzrə müvafiq dövlət orqanına təhvil verilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR